Zəngilana növbəti köç karvanı çatıb | YENİLƏNİB

Zəngilana növbəti köç karvanı çatıb |  YENİLƏNİB
  29 Yanvar 2026    Oxunub:1233
Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb, açarlar təqdim olunub.
AzVision.az xəbər verir ki, açarların təqdimetmə mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

* * *


13:24
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb.

AzVision.az xəbər verir ki, bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 26 ailə (142 nəfər) köçürülüb. Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

AzVision.az


Teqlər: Böyük-Qayıdış  



Xəbər lenti